“Həyat , kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda , hərdən də olsa , xeyirxahlıq qığılcımı olur , gərək, ona toxunmayasan , qoyasan qala. Yaşamaq çətinləşəndə o köməyə gəlir.” RemarkZəfər Tağı Author:Remark E.
“-Hələ bir azdan deyəcəksən ki, məni sevirsən,- eyli sonra dilləndi. -Hə, sevirəm... Ravik yerində qurcalandı. -Məni hələ yaxşı tanımırsan axı... -Bunun ona nə dəxli ? -Çoxdur, sevmək kiminləsə ömrü başa vurmaq deməkdir. -Elə şeylərdən başım çıxmaz, bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz.” RemarkZəfər Tağı Author:Remark E.
“İnsanların bir-birini sevməsi nəyə desən dəyər ! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi , həm də ən sadəsidir . Bunu mən bu gün , gecə əriyib çiçək açan kollara dönəndə , küləkdən çiyələk ətri gələndə duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam ...” RemarkZəfər Tağı Author:Remark E.